Azərbaycan yığması FİFA reytinqində gerilədi

17:59 - 3 Aprel 2025

Azərbaycan yığması FİFA reytinqində gerilədi

Növbəti FİFA reytinqi açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə ali futbol qurumunun saytında məlumat yayılıb.

Azərbaycan yığması siyahıda iki pillə geriləyib. Buna millimizin mart ayında keçirdiyi yoldaşlıq görüşlərində Haiti və Belarusa məğlubiyyətləri səbəb olub. Haitiyə 0:3 hesabı ilə uduzan yığmamız Belarusla görüşdə qapısından iki cavabsız top buraxıb.

Fernandu Santuşun çalışdırdığı kollektiv 1160 xala malikdi və hazırda 119-cu pillədə yer alıb.


Xəbər xətti

8 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin