Семья погибла после того, как поймала рыбу в реке: какой ужас!
Как предали одну из самых известных актрис СССР: печально

Bakıda daha bir məşhur restoran bağlandı - FOTOLAR

11:21 - 2 Aprel 2025

Bakıda daha bir məşhur restoran bağlandı - FOTOLAR

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən, fiziki şəxs İsmayılova Fizulət Eldar qızına məxsus “Qurd Qapısı” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qida məhsullarının saxlanması ilə bağlı tələblərin yerinə yetirilmədiyi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, quru xammal anbarının və işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi məlum olub.

"Bununla yanaşı, yoxlama zamanı yeməklərin hazırlanması və ət emalı sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divarların tamlığının pozulduğu, soyuducu rəflərdə korroziya əlamətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb olunmadığı, həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, iaşə müəssisəsinin açıq sahəsində isti yeməklərin hazırlanması ilə bağlı fəaliyyətinə nöqsanlar aradan qaldırılanədək müvəqqəti məhdudiyyət qoyulub və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir",- deyə məlumatda qeyd edilib.



Xəbər xətti

6 Aprel 2025
Как предали одну из самых известных актрис СССР: печально
Семья погибла после того, как поймала рыбу в реке: какой ужас!
Стало известно почему в крокусе охрана не стреляла по убийцам
В России мать отправила "домашнее" видео с сыном мужчине
В сети появились фото жуткого убийства девочки школьником
Причиной трагической смерти девочка могло стать неудачное селфи
В Турции бабушку 80-ти лет осудили на 4 года из-за тапка: читать
И, конечно же, никто не знал: жуткие детали убийства школьницы
Отсидевший маньяк Кожепаров сразу после тюрьмы дал интервью
Битцевский маньяк совершил намного больше убийств?!

Ən son xəbərləri səhifəmizdən də izləyin