Ançelottiyə 4 il 9 ay həbs cəzası istənildi

16:00 - 28 Mart 2025

Ançelottiyə 4 il 9 ay həbs cəzası istənildi

Madrid Ştat Məhkəməsi Real Madridin baş məşqçisi Karlo Ançelottinin məhkəməsini gələn çərşənbə gününə qədər təxirə salıb.

 

Manset.az xəbər verir ki, prokurorluq italyan məşqçinin xəzinəni 1 milyon avro aldatdığını əsas gətirərək 4 il 9 ay həbs cəzası istəyib.

Prokurorluq Ançelottini xəzinədarlığı 2014-cü ildə 386 361 avro və 2015-ci ildə 675 718 avro daxil olmaqla ümumilikdə 1 062 079 avro məbləğində dələduzluqda ittiham edir.

Bildirilib ki, işə çərşənbə günü baxılacaq.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin