Türkiyədə bir telekanala yayım qadağası tətbiq olundu

21:30 - 27 Mart 2025

Türkiyədə bir telekanala yayım qadağası tətbiq olundu

Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə keçirilən kütləvi iğtişaşları işıqlandıran "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib.

 

Manset.az xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.

Qeyd olunub ki, tənzimləyici orqan telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.

Eyni zamanda “Halk TV” və “Tele 1” telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub, inzibati cərimələr tətbiq edilib. "NOW TV "və "Ak ll" telekanallarına da cərimələr kəsilib.

Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edir. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyə qədər aksiyalarda 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin