Nərimana görə "Qarabağ"a nə qədər məbləğ təklif edilib? - Direktordan açıqlama

14:43 - 27 Mart 2025

Nərimana görə

Xəbər verdiyimiz kimi, Norveçin “Molde” klubu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni transfer etmək istəyib. Qarabağ klubu isə verdiyi açıqlamada onların transfer təklifinə rəsmi cavab göndərdiyini qeyd edib. 

 

Manset.az məsələ ilə bağlı "Qarabağ" futbol klubunun direktoru Emrah Çelikel ilə əlaqə saxlayıb. 

O, saytımıza açıqlamasında Nərimanın transferinin baş tutmadığını bildirib. 

"Təəssüfki, razılaşma əldə olunmadı. Onların transfer üçün bizə nə qədər məbləğ təklif etdiyini açıqlamayacam. Əgər razılaşma əldə olunsaydı, biz bu barədə açıqlama verərdik".

Qeyd edək ki, Avropanın bir çox klublarında, elə qardaş Türkiyənin klublarında da istənilən oyunçuya təklif olunan transfer məbləği açıqlanır. Hətta razılıq olmasa belə, təklif edilən yeni transfer məbləğləri də açıqlanır. Bu klubların maliyyə şəffaflığının göstəricisi hesab olunur.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin