“İran müharibəyə hazırdır!”

20:15 - 23 Mart 2025

“İran müharibəyə hazırdır!”

“İran müharibə aparmağa hazırdır, lakin bunu başlatmağa can atmır”.

 

Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O vurğulayıb ki, ABŞ ilə münasibətlərdə “diplomatik yol” hələ davam edə bilər.

Nazirin fikrincə, diplomatiyanın alternativi müharibədir, ona görə də dövlətlər diplomatik vasitələrdən istifadə etməyə çalışırlar. Lakin o etiraf edib ki, bəzi hallarda münaqişə qaçılmazdır.

“İran həmişə müharibədən yayınıb, lakin buna tam hazırdır və bundan qorxmur”, - Araqçı bildirib.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin