Onların mülki odlu silah əldə etmək hüququ TƏSDİQLƏNDİ

17:31 - 19 Mart 2025

Onların mülki odlu silah əldə etmək hüququ TƏSDİQLƏNDİ

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

 

Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Xidməti və mülki silah haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (mülki silah əldə etmək hüququ var.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.


Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin