Onların da maaşı artırıldı - Ayda 2611 MANAT
19 Mart 2025
14:49 - 19 Mart 2025
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında nizamlanmaya dair İsraillə danışıqların mümkünlüyünü rədd etməsə də, tərəflər arasında mövcud razılaşmanın həyata keçirilməsində israrlıdır.
Manset.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyinə Həmas Siyasi Bürosunun sözçüsü Taher əl-Nunu bildirib.
"Həmas danışıqlardan əl çəkməyib, lakin biz təkid edirik ki, yeni razılaşmalara ehtiyac yoxdur. Artıq münaqişənin bütün tərəflərinin imzaladığı saziş var".
Martın 18-də İsrail ordusu Qəzzada HƏMAS-ın hədəflərinə kütləvi zərbələr endirdiyini bildirib. Baş nazir Benyamin Netanyahunun ofisi bunu radikalların danışıqlarda vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin