Əczaçını bıçaqla hədələyib quldurluq edən saxlanıldı - ANBAAN VİDEO

14:15 - 19 Mart 2025

Əczaçını bıçaqla hədələyib quldurluq edən saxlanıldı - ANBAAN VİDEO

Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs həmin yerdə çalışan qadın satıcını kəsici alətlə hədələyərək kassada olan 500 manat pulu talayaraq ələ keçirib.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Ramin Məmmədov saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi kəsici alət maddi sübut kimi götürülüb. Araşdırmalarla saxlanılan şəxsin avtobusdan da pul oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin