Nazir idarə rəisini də işdən çıxardı - Generalların vəzifəsi ona tapşırıldı

12:59 - 19 Mart 2025

Nazir idarə rəisini də işdən çıxardı - Generalların vəzifəsi ona tapşırıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi vəzifəsindən azad edilib. 

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Qurbanov Bəxtiyar Kamil oğlu idarənin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Əzizov Xəqani Həmzə oğlu təyin edilib. 

Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi. 

Son iki ayda Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Xidmət rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov vəzifəsindən azad edilib. Hər iki generalın vəzifənin icrası polkovnik Xaliq Hüseynova tapşırılıb. 


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin