Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

15:30 - 18 Mart 2025

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.

 

Manset.az xəbər verir ki, bu bardə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin