Bakının bu ərazilərində qaz olmayacaq

09:34 - 18 Mart 2025

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının Yasamal və Suraxanı rayonlarının bəzi hissələrində qaz olmayacaq.

 

Bu barədə Manset.az-a “Azəriqaz” İB-dən məlumat verilib. 

Bildirilib ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsinda qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə martın 18-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi küçəsi və Tiblisi prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbər xətti

18 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin