Messidən sonra bunu bacaran Levandovski oldu

09:06 - 18 Mart 2025

Messidən sonra bunu bacaran Levandovski oldu

"Barselona"nın hücumçusu Robert Levandovski məhsuldar oyunu ilə diqqət çəkir.

 

Manset.az QOL.az-a istinadən xəbər verir ki, polşalı forvard son 4 mövsümdə “Barselona”nın heyətində 35 qol vuran ilk futbolçu olub.

36 yaşlı futbolçu La Liqanın 28-ci turunda “Atletiko” ilə matçda (4:2) mövsümdə 35-ci qolunu vurub..

Buna sonuncu dəfə komandanın keçmiş hücumçusu Lionel Messi nail olub. O, 2020/2021 mövsümündə meydana çıxdığı 47 oyunda 38 qola imza atıb.

Qeyd edək ki, Levandovski bu mövsümdə Kataloniya klubunun heyətində bütün turnirlərdə 40 oyunda meydana çıxıb.


Xəbər xətti

18 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin