Bu gün ilaxır çərşənbədir
18 Mart 2025
16:00 - 17 Mart 2025
İsrail ordusu Qəzza zolağında fələstinli radikallara qarşı yeni zərbələr endirib.
Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumlardan biri Fələstin anklavının mərkəzi hissəsində İsrail əsgərləri yaxınlığında aşkarlanan üç radikal qrupa qarşı həyata keçirilib. Hərbçilər qeyd ediblər ki, bu şübhəli şəxslər partlayıcı qurğunu yerə yerləşdirməyə cəhd ediblər.
Bundan əlavə, İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhəri ərazisində daha bir radikal qrupa hücum edib. Hərbçilərin sözlərinə görə, vurulan fələstinlilər də partlayıcı qurğu yerləşdirməyə çalışırdılar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin