Yolun ortasında sürücünü döyənlər həbs edildi
13 Mart 2025
15:50 - 12 Mart 2025
Avropa İttifaqı Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarı deyil, davamlı sülh istəyir.
Manset.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo jurnalistlərin Aİ-nin ABŞ və Ukrayna arasında aparılan danışıqlardan sonra müharibəyönlü mövqeyini dəyişib-dəyişdirməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
"Avropa İttifaqı və Avropa Komissiyası sülhsevər mövqeyə malikdir və davamlı və ədalətli sülhün tərəfdarıdır".
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Danışıqlardan sonra Zelenskinin internet saytında tərəflərin birgə bəyanatı dərc edilib və Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin