Qəzzada ölənlərin sayı bu qədər oldu

15:25 - 12 Mart 2025

Qəzzada ölənlərin sayı bu qədər oldu

İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin 48 min 515-ə, yaralı sayının isə 111 min 941-ə yüksəldiyi qeyd edilib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hücumlar nəticəsində 7 nəfərin həyatını itirdiyi, 14 nəfərin isə yaralandığı bildirilib. Əvvəlki hücumlarda dağılmış binaların dağıntıları altında 5 mülki şəxsin cansız cəsədinin tapıldığı qeyd olunub.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin