Yolun ortasında sürücünü döyənlər həbs edildi
13 Mart 2025
14:52 - 12 Mart 2025
Kasımpaşada bir qadın sevgilisi ilə getdiyi zərgərdə gördüyü 250 min lirəlik qızıl tacı ala bilməyib. Qadın dükandan çıxaraq ertəsi gün yenidən zərgərin yanına gedib, tacı götürüb və foto çəkdirmək bəhanəsi ilə qaçıb.
Manset.az xəbər verir ki, yaxalanan qadının ifadəsində “Sevgilim pulu olmadığı üçün mənim üçün ala bilmədi, üzülməsin deyə oğurladım” dediyi öyrənilib.
Hadisə martın 6-da olub. Əldə edilən məlumata görə, Firdevs Ç. hadisədən bir gün əvvəl sevgilisi ilə küçədəki zərgərin yanına gedib. 250 min lirə dəyərində olduğu bildirilən qızıl tacı qadın bəyənib.
Ertəsi gün Firdevs Ç. zərgərin yanına gedib. Zərgərdən qızıl tacı istəyən qadın tacı oğurlayıb və mobil telefonu ilə onun bir neçə şəklini çəkdikdən sonra qaçıb. Qadını tutmaq üçün zərgər arxasınca qaçsa da, bu alınmayıb. Hadisələr təhlükəsizlik kamerasına düşüb.
Hadisənin ardından Beyoğlu Asayiş Bürosu qrupları zərgərin şikayəti üzərində işə başlayıb və təhlükəsizlik kamerası görüntülərini araşdırıb. Araşdırmalar nəticəsində oğrunun Firdevs Ç olduğu müəyyən edilib. O, evində tutulub.
Tacı oğurlayan qadının "Sevgilimlə gördük və bəyəndik. Pulu olmadığı üçün mənim üçün ala bilmədi. Ona görə də əsəbi olmasın deyə oğurladım" deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin