Yolun ortasında sürücünü döyənlər həbs edildi
12 Mart 2025
13:57 - 12 Mart 2025
Xəbər verdiyimiz kimi, ölüm xəbəri yayılan bir zamanlar “Space TV”də yayımlanan “Banu” verilişinin aparıcısı Günel Həsənzadə tamaşaçılara müraciət edib.
Manset.az-a açıqlamasında hazırda Türkiyədə yaşayan Günel Həsənzadə sevənlərini yayılan məlumata görə narahat olmamağa çağırıb:
"Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur. Ölən insanla yəgin mənim ad soyadım eynidir. Ölən hər kimdirsə, Allah rəhmət eləsin. Narahat olanlara da demək istəyirəm ki, Allah razı olsun məni unutmamısınız, axtarırsınız, narahatsınız. Allaha əmanət olun".
Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyəyə köçüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin