İcra başçısı göndərilən məmurun yerinə YENİ TƏYİNAT
12 Mart 2025
01:16 - 12 Mart 2025
Sosial şəbəkələrdə bir zamanlar “Space TV”də yayımlanan “Banu” verilişinin aparıcısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.
Manset.az hazırda Türkiyədə yaşayan Günel Həsənzadə ilə əlaqə saxlayıb. O, yayılan xəbərin yalan olduğunu deyib:
"Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur. Ölən insanla yəgin mənim ad soyadım eynidir. Ölən hər kimdirsə, Allah rəhmət eləsin. Narahat olanlara da demək istəyirəm ki, Allah razı olsun məni unutmamısınız, axtarırsınız, narahatsınız. Allaha əmanət olun".
Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyəyə köçüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin