6 günlük iş həftəsində çalışanların bayram tətili bu tarixlərdə olacaq

20:56 - 11 Mart 2025

6 günlük iş həftəsində çalışanların bayram tətili bu tarixlərdə olacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin Qərarına əsasən, 2025-ci iln 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel günlərinin yerləri dəyişdirilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə beşgünlük iş həftəsində 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri istirahət günləri, 10 mart və 1 aprel tarixləri isə iş günləri olacaq.

Bəs altıgünlük iş həftəsində çalışanlar üçün iş və istirahət günləri hansı qaydada tənzimlənəcək?

Altıgünlük iş həftəsində mart ayında Novruz bayramı və Ramazan bayramı ərəfəsində istirahət günləri aşağıdakı kimi olacaq:

Novruz bayramı: 20, 21, 22, 23, 24, 25 mart tarixləri (6 gün);
Ramazan bayramı: 30, 31 mart və 1 aprel tarixləri (3 gün).


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin