İcra başçısı göndərilən məmurun yerinə YENİ TƏYİNAT
12 Mart 2025
17:47 - 11 Mart 2025
Ermənistan hakimiyyəti xarici auditoriyaya ünvanlanmış sülhə hazır olduqlarını bildirən bəyanatlarına baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Caliber.az yazıb.
Bildirilir ki, rəsmi İrəvanın son addımlarının məntiqi – revanşist əhval-ruhiyyənin güclənməsi və sürətli militarizasiya prosesi – bölgənin Ermənistan tərəfindən təxribat törədilmiş yeni müharibə astanasında olduğunu göstərir:
“Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlığını gizlətmir – belə ki, keçən həftə hökumət iclasında elan edilib ki, 1 aprel – 13 iyun tarixləri arasında ölkədə ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək.
Diqqətçəkən məqam odur ki, bu toplanış rekord müddətdə – tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir. Bundan əlavə, Caliber.Az redaksiyasına etibarlı mənbələrdən daxil olan məlumata görə, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır. Toplanan faktlar və məlumatlar Ermənistanın sərhəddə aqressiv hərəkətlərə məqsədyönlü şəkildə hazırlaşdığını göstərir ki, bu da yeni eskalasiya təhlükəsini real edir.
Daha əvvəl də bildirmişdik ki, Ermənistanın hərbi planlamasında “blitskriq” konsepsiyası – şərti sərhəddəki yaşayış məntəqələrinin ildırım sürətilə işğalı nəzərdə tutulur. Son aylarda Ermənistanın hərbi avantüraya hazırlaşmasının sübutları daha da aydın görünməyə başlayıb.
Eskalasiya prosesində xüsusi rolu rəsmi olaraq “müşahidə missiyası” kimi təqdim edilən Aİ-nin missiyası oynayır. Lakin onların fəaliyyəti tamamilə fərqli mənzərə yaradır. Sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri fəallaşıb.
Avropalı “müşahidəçilər” sistematik olaraq əraziləri araşdırır, zəif mövqeləri müəyyənləşdirir, Azərbaycan ordusunun dislokasiyasını təhlil edirlər. Faktiki olaraq monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürməklə məşğuldurlar ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir.
Bu aktivlik Ermənistanın militarizasiyasının digər təhlükəli əlamətləri ilə üst-üstə düşür. Ermənistanın hücuma hazırlaşdığını açıq şəkildə göstərən əsas əlamətlərdən biri də Azərbaycanla sərhəddə 10 istehkamlaşdırılmış hərbi mövqenin tikilməsidir. Bu obyektlər struktur və yerləşmə baxımından müdafiə üçün deyil, hücum üçün nəzərdə tutulub. Onların dislokasiyası strateji əhəmiyyətli əraziləri atəş nəzarətində saxlamaq üçün xüsusi hesablanıb, bu da sərhədyanı bölgələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Üstəlik, bu mövqelər xüsusi tunellərlə birləşdirilir və bu tunellər Ermənistanın diversiya qrupları tərəfindən Azərbaycana qarşı təxribat törətmək üçün istifadə ediləcək.
Ermənistan yeni hərbi təxribat hazırlayaraq, reallığı dəyişdirmək və sonra bunu artıq baş vermiş fakt kimi təqdim etməyə çalışır. Plan ondan ibarətdir ki, sərhəddə vəziyyətin qəfil dəyişməsi Azərbaycanı fakt qarşısında qoyacaq və onu aqressiyanın özünə deyil, nəticələrinə reaksiya verməyə məcbur edəcək.
Belə planları həyata keçirmək üçün ciddi resurslar lazımdır. Son iki ildə Ermənistan hərbi alışlarını kəskin şəkildə artıraraq Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyib. Xüsusilə ötən ilin payızında məlum olub ki, Hindistan Ermənistana ilk “Akash” zenit-raket komplekslərini göndərir. “New Indian Express” nəşrinin məlumatına görə, Ermənistan 2022-ci ildə Hindistanla 15 “Akash” raket sistemi almaq üçün 60 milyard rupi (təxminən 710 milyon dollar) dəyərində müqavilə imzalayıb və bu silahı alan ilk xarici ölkə olub. “Akash” sistemi “yer-hava” tipli raketlərdən ibarət olub, 25 km məsafədə qırıcı təyyarələrə, qanadlı raketlərə, “hava-yer” raketlərinə, pilotsuz uçuş aparatlarına və digər hava hədəflərinə qarşı istifadə edilə bilir.
Fransa isə öz maraqlarını bölgədə gücləndirmək məqsədilə Ermənistanı hava hücumundan müdafiə sistemləri, artilleriya və zirehli texnika ilə təchiz edir. Belə ki, Ermənistana müasir “CAESAR 155” mm-lik özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, həmçinin tank əleyhinə raket sistemləri və “hava-hava” tipli raketlər tədarük edilib. Bundan əlavə, Ermənistan ordusu R511 və R530 “hava-hava” raketləri, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, Almaniya istehsalı olan DM32 (“bunkerfaust”) qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə sistemləri əldə edib. Bundan əlavə, Ermənistan Silahlı Qüvvələrinə Fransanın Apilas tipli 500 ədəd birdəfəlik reaktiv qumbaraatanı və ABŞ istehsalı olan 50 ədəd BGM-71 TOW tank əleyhinə raket kompleksi tədarük olunub.
Aİ də öz rolunu oynayır – xüsusilə də Avropa Sülh Fondu vasitəsilə ayrılan maliyyə yardımları birbaşa və ya dolayısı ilə Ermənistanın militarizasiyasına sərf edilir.
Bu, misli görünməmiş silahlanma səviyyəsidir və Ermənistanın “müdafiə strategiyası” ilə heç bir uyğunluğu yoxdur. Bütün faktlar göstərir ki, Ermənistan aqressiyaya hazırlaşır.
Ermənistanın hərbi infrastrukturunun digər əsas elementi Lori bölgəsinin Xarkop kəndində yunan tərəfinin fəal dəstəyi ilə inşa edilən körpüdür. Bu, vacib bir logistika obyektidir və hərbi texnikanın və qüvvələrin döyüş zonasına sürətli şəkildə çatdırılmasına imkan verəcək. Beləliklə, qısa müddət ərzində sərhəddə qüvvələrin kəskin artırılması üçün şərait yaradılır ki, bu da qəfil hücum ssenarisi üçün kritik amildir.
Bütün bu faktlar vahid strateji planın mövcudluğunu göstərir və yeni eskalasiyaya istiqamətlənib. Bu vəziyyətdə mümkün döyüş əməliyyatlarının başlanmasının bütün məsuliyyəti Ermənistanın və onun himayədarlarının üzərinə düşəcək. Azərbaycan dəfələrlə sülh dialoquna hazır olduğunu nümayiş etdirib, lakin hər hansı güc tətbiqi ssenarisi qətiyyətlə dəf ediləcək. Bakı öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir.
Ermənistan rəhbərliyi yeni hərbi təxribat kartına oynayır, lakin bu addım onların özləri üçün fəlakətli nəticələrə səbəb olacaq. “Dəmir yumruq” yerindədir və ölkəmizə qarşı istənilən avantüra sərt və ildırım sürətli cavabla qarşılanacaq. Bundan sonra İrəvan yenidən mərhəmət diləməyə məcbur olacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyinin hələ də düşünmək üçün vaxtı var. Əks halda, İrəvandakı bütün inşaat texnikası “Yerablur” qəbiristanlığının genişləndirilməsi üçün istifadə olunacaq. Nə üçün? Yeni “yük-200” karvanları üçün...”
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin