Yel çərşənbəsində 22 mindən çox ağac əkildi

16:16 - 11 Mart 2025

Yel çərşənbəsində 22 mindən çox ağac əkildi

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisinin meşə fondu torpaqlarında 22 740 ədəd müxtəlif növ ağac tingi əkilib, 200 kiloqrama yaxın toxum səpilib. 


Manset.az xəbər verir ki, bu gün meşəbərpa tədbirləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran, Xaçmaz, Göygöl, Masallı, Yevlax, Sabirabad, Ağcabədi, Tovuz, Qax, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində  keçirilib və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin