Ukrayna zəruri silahların yalnız üçdə birini istehsal edir

14:34 - 4 Mart 2025

Ukrayna zəruri silahların yalnız üçdə birini istehsal edir

Ukraynanın silah istehsalı onun tələbatının yalnız üçdə birini ödəyir.

 

Manset.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal ABŞ-dan hərbi yardımın dayandırılması ilə bağlı xəbərlər fonunda bildirib.

 "Hazırda biz lazımi silahların təxminən üçdə birini istehsal edirik".

Qeyd edək ki, fevralın 28-də Vladimir Zelenski Ağ Evə gəlib. Onunla ABŞ prezidenti Donald Tramp arasında danışıqlardan əvvəl keçirilən mətbuat konfransı zamanı əlbəyaxa dava düşüb. Zelenski Trampın sözünü kəsib və jurnalistlərə qarşı kobudluq edib. Tramp Zelenskiyə ABŞ-a qarşı hörmətsiz münasibətini, vitse-prezident J.D.Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğuna diqqət çəkib. Nəticədə Zelenskidən Ağ Evi tərk etməsi tələb olunub. Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlara dair sazişin imzalanması, eləcə də danışıqlardan sonra keçirilən mətbuat konfransı baş tutmayıb. Eyni zamanda, Zelenski hərəkətlərinə və sözlərinə görə üzr istəməyib.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin