"Qəzzada humanitar yardım Həmas üçün gəlir mənbəyinə çevrilib"- İsrail XİN

14:19 - 4 Mart 2025

Qəzza zolağında humanitar yardım radikal HƏMAS hərəkatının əsas gəlir mənbəyi və müharibənin davam etdirilməsi vasitəsi olub.

 

Manset.az- xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar mətbuat konfransında bildirib.

"Yardım Qəzzada HƏMAS-ın əsas gəlir və büdcə gəlir mənbəyinə çevrilib. Onlar bundan İsrailə qarşı müharibələrini davam etdirmək üçün bir vasitə kimi istifadə edirlər".

Qeyd edək ki, martın 2-də İsrail Qəzza zolağına humanitar yardımın daşınmasını əngəlləyib. Yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb və bu mərhələ çərçivəsində 42 gün ərzində Qəzza zolağından 33 girov İsrailə qaytarılıb. 


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin