Oğru ev sahibini bıçaqladı

09:32 - 4 Mart 2025

Oğru ev sahibini bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Daşkəsən rayon sakini Q.İbrahimov qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Q.İbrahimovun evinə oğru girib. Bu zaman ev sahibi onunla dava edərkən oğru Q.İbrahimova bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin