Pentaqon Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqlədi

08:57 - 4 Mart 2025

Pentaqon Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqlədi

ABŞ ordusu Ukraynaya hərbi yardımı dayandırıb.

 

Manset.az-ın məlumatına görə, bu barədə Pentaqonun nümayəndəsi məlumat verib.

"Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı xəbərləri təsdiq edə bilərəm. Buna əlavə edəcəyim heç nə yoxdur", - departamentin mətbuat xidmətinin sözçüsü bildirib.

Daha əvvəl “Reuters” Ağ Evin sözçüsünə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Donald Tramp Kiyevə bütün hərbi yardımların çatdırılmasının dayandırılması barədə göstəriş verib. Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə, pauza Amerika lideri Ukrayna rəhbərliyinin Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdiyinə qərar verənə qədər davam edəcək. 


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin