Aİ silahlanma planı hazırlayır

17:24 - 3 Mart 2025

Aİ silahlanma planı hazırlayır

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Avropanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa ehtiyacı olduğunu və hazırladıqları yeni silahlanma planını sabah üzv ölkələrə çatdıracağını bildirib.


Manset.az-ın məlumatına görə, Von der Leyen Brüsseldə keçirilən Avropa avtomobil sənayesinin gələcəyi ilə bağlı strateji dialoq görüşündən sonra mətbuata açıqlama verib.

Martın 6-da Brüsseldə Ukrayna və müdafiə mövzusunda keçiriləcək fövqəladə zirvə toplantısına intensiv hazırlaşdığını bildirən Von der Leyen, Avropanın yenidən silahlanması planı ilə bağlı sabah Aİ ölkələrinə məktub göndərəcəyini deyib.

"Şübhəsiz ki, müdafiə xərclərinin böyük artımına ehtiyacımız var".

Qalıcı sülhün ancaq güc üzərində qurula biləcəyinə diqq çəkən Von der Leyen, qeyd edib ki, güc özümüzü gücləndirməklə başlayır.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin