Bu gün Od çərşənbəsidir
4 Mart 2025
16:36 - 3 Mart 2025
Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla telefonda Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edib.
Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə “Index” internet nəşri Amerikanın Budapeştdəki səfirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Orbanın Trampla söhbəti bazar günü axşam baş tutub. Hələlik tərəflər bu barədə rəsmi açıqlama verməyiblər.
“Index” nəşri qeyd edib ki, söhbət Trampın Vladimir Zelenski ilə fevralın 28-də Ağ Evdə baş tutan görüşündən sonra olub. Televiziya vasitəsilə canlı yayımlanan həmin görüşün iştirakçıları arasında qızğın mübahisə baş verib və kütləvi davaya çevrilib. Bundan sonra Zelenski Ağ Evi erkən tərk edib.
Bundan dərhal sonra Orban Trampı dəstəkləyərək Zelenski ilə görüşdə sülh davasını müdafiə etdiyini deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin