Putin-Tramp görüşü sürətləndirilmiş templə hazırlanır - KİV

10:24 - 3 Mart 2025

Putin-Tramp görüşü sürətləndirilmiş templə hazırlanır - KİV

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında görüşə hazırlıq tempi artıb.

 

Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, Trampın fevralın 28-də Ağ Evdə Vladimir Zelenski ilə mübahisəsi yaxın həftələrdə Rusiya və ABŞ arasında münasibətlərin bərpası ilə bağlı danışıqların növbəti raundu üçün əlavə stimul oldu.

Putinlə Tramp arasında fevralın 12-də telefon danışığı olub. Kremlin məlumatına görə, iki ölkə liderləri şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.

Fevralın 18-də Rusiya liderinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ prezidentlərinin görüşünün konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin