“Neapol”-“İnter” qarşılaşmasında qalib müəyyənləşmədi

01:00 - 2 Mart 2025

“Neapol”-“İnter” qarşılaşmasında qalib müəyyənləşmədi

İtaliya A Seriyasında XXVII turun oyunları keçirilir.

 

Manset.az xəbər verir ki, bu gün 2 matç baş tutub.

Turun mərkəzi görüşü Neapolda keçirilib.

"Napoli" "İnter"i qəbul edib. Oyunda hesabı qonaqlar açıblar. Federiko Dimarko fərqlənib.

Lakin meydan sahibləri ikinci yarıda hesaba tarazlıq gətirməyi bacarıblar. Filip Billinq komandasına 1 xal qazandıran qolu vurub - 1:1.

Günün digər oyunu Berqamoda keçirilib. "Atalanta" "Venetsiya"nı qəbul edib. Görüşdə hesab açılmayıb - 0:0.

İtaliya A Seriyası
XXVII tur

"Napoli" - "İnter" 1:1
"Atalanta" - "Venetsiya" 0:0


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin