Yarımfinalda oynamaq üçün 200 milyon avro ayırdılar

13:15 - 1 Mart 2025

Yarımfinalda oynamaq üçün 200 milyon avro ayırdılar

PSJ-nin idman müşaviri Luis Kampuş Səudiyyə Ərəbistanı Futbol Federasiyasından 200 milyon avroluq təklif alıb.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, ötən həftə İsveçrədə Kampuş və Səudiyyə Ərəbistanı nümayəndələri arasında danışıqlar olub.

Funksionerə 10 il müddətinə müqavilə və illik 20 milyon avro maaş təklif olunub. Təklifə əsasən, Kampuş Səudiyyə Ərəbistanı millisinin 2034-cü il dünya çempionatında yarımfinala yüksəlmək üçün hazırlaşmasına kömək etməlidir.

Mütəxəssis Səudiyyə Ərəbistanı nümayəndələrinə 31 dekabr 2025-ci ilə qədər cavab verməlidir. O, hələ sənədi imzalamayıb və PSJ-də qalmağa üstünlük verir. Lakin Paris klubu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar maliyyə şərtlərinə görə çətinləşib.

Qeyd edək ki, "Arsenal" və "Çelsi" də Luisin ətrafı ilə əlaqə saxlayıb. PSJ isə artıq "Atletiko"nun keçmiş idman direktoru Andrea Berta ilə əlaqə saxlayıb.

Xatırladaq ki, DÇ-2034-ə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin