Bu yolda sürət həddi BƏRPA EDİLDİ
1 Mart 2025
12:16 - 1 Mart 2025
Xalq artisti Emin Ağalarov “OK!” jurnalının yeni buraxılışı üçün kamera qarşısına keçib.
Manset.az xəbər verir ki, o, həmçinin müsahibə verib və sualları cavablayıb.
Həmin müsahibəni ixtisarla təqdim edirik:
- Əkiz övladlarınızdan hansı sizə xaraktercə daha çox bənzəyir? Hansı daha çox musiqisevər, hansı isə işgüzardır?
- İlk baxışdan Əli daha yaradıcı görünür, Mikayıl isə işgüzardır. Hərdən baxıram və görürəm ki, Mikayıl özünü mənim kimi aparır - həm intonasiyasında, həm sözlərində, həm də hərəkətlərində. Sonra baxıram ki, yox, belə deyil, Əli mənə daha çox oxşayır. Onlar xaraktercə tamamilə fərqlidirlər. Məndən də, anaları Leyladan da nəsə götürüblər. Onlarda mənim həmin yaşlarımda olmayan keyfiyyətlər var - ailəyə, qohumlara əlavə diqqət. Nənəsinə, bacısına zəng vururlar, onları bütün bayramlarda təbrik edirlər. Bunu mənə öyrətməyiblər, bu xüsusiyyət məndə yoxdur.
Oğullarımda hisslərini açıq şəkildə ifadə etmək bacarığı var, bu da analarından keçib. Onlar məndən bir növ praqmatizm alıblar. Mən həmişə izah edirəm ki, siz layiqli davranmalısınız. Onlar həmişə gəlib hamının əlini sıxacaqlar. Və onların rolları bəzən dəyişir. Elə vaxt olur ki, bəzən Mikayıl başa keçir, bəzən də Əli. Onlar bir-birini əvəz edirlər, çünki onlar fərqli şəkildə inkişaf edirlər və buna bir çox amillər təsir göstərir. Ancaq bir-birinə yaxındırlar. Bir-biri ilə mübahisə edə bilirlər. Onları oxumağa göndərdim, bir otaqda yaşamağa başladılar və mübahisə etdilər. Sonra onları müxtəlif otaqlara yerləşdirməyi təklif etdim, lakin onlar bundan qəti şəkildə imtina etdilər.
- Onların arasında nə fərq var?
- 45 saniyə
- Qızlarınızla oğullarınızdan tamamilə fərqli şəkildə ünsiyyət qurursunuz?
- Qızlar, demək olar ki, hər şeyi edə bilər. Mən onlar üçün heç nədən imtina etmirəm. Afina ümumiyyətlə bacarıqlı manipulyatordur. Bir şey onun xoşuna gəlmirsə, o, dərhal əsəbiləşir və ağlamağa başlayır. Mən ağlayan uşaq görməmək üçün əlimdən gələni edirəm. Onun 6 yaşı var və “yox” sözünü qəbul etməkdə çətinlik çəkir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin