Bu yolda sürət həddi BƏRPA EDİLDİ
1 Mart 2025
12:09 - 1 Mart 2025
Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi ABŞ-dan havaya qalxaraq Londona yola düşüb.
Manset.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna liderinin təyyarəsi günortaya qədər İngiltərənin paytaxtına enməlidir.
Ağ Evdəki qalmaqala və Zelenskinin ABŞ-dan sonra İngiltərəyə getməsinə münasibət bildirən ukraynalı deputat Yaroslav Jeleznyak deyib ki, vəziyyət “möcüzəvi şəkildə yaxşılaşmayacaq” və buna ümid etmək olmaz.
Xatırladaq ki, fevralın 28-də Zelenski və ABŞ pezidenti Donald Tramp Ağ Evdə görüşüblər. Görüş zamanı nadir torpaq metalları üzrə saziş imzalanmalı olsa da, liderlər arasında şifahi mübahisə düşüb və müqavilənin imzalanması ləğv edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin