İnsanlar bu yaşlarda daha sürətlə qocalırmış

16:47 - 28 Fevral 2025

İnsanlar bu yaşlarda daha sürətlə qocalırmış

Alimlər aşkar ediblər ki, insan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir. 

 

Manset.az bildirir ki, araşdırmalara görə, qocalma prosesində ən böyük dəyişikliklər orta hesabla 44-60 yaş arasında baş verir.

Stanford Universitetində genetik alim Maykl Snayder deyir:
 
"Biz zamanla tədricən dəyişmirik, biz zamanla həqiqətən dramatik şəkildə dəyişirik. 40-cı illərin ortaları və 60-cı illərin əvvəlləri bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Üstəlik, hansı sinif molekullara baxsanız da, bu vəziyyət dəyişmir”.

Yaşlanma prosesi mürəkkəb bioloji dəyişikliklər prosesinə əsaslanır və bir çox xəstəliklərin riskini artırır.

Snayder və komandası bu prosesi daha yaxşı başa düşmək və yaşa bağlı xəstəliklərlə mübarizənin effektiv üsullarını hazırlamaq üçün insan orqanizmindəki bioloji dəyişiklikləri izləyir.

Tədqiqatçılar bir neçə il ərzində müntəzəm olaraq 108 yetkin insanın bioloji nümunələrini tədqiq ediblər. Ümumilikdə 135 mindən çox bioloji faktor təhlil edilərək, qocalma prosesində əhəmiyyətli dəyişikliklər göstərən molekullar müəyyən edilib.

Araşdırmaya görə, bədəndəki molekulların təxminən yüzdə 81-i 44-60 yaş arasında əhəmiyyətli dəyişikliklər göstərir.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin