Scholz Ukrayna ilə bağlı toplantıda iştirak edəcək

15:11 - 28 Fevral 2025

Scholz Ukrayna ilə bağlı toplantıda iştirak edəcək

Almaniya kansleri Olaf Şolz Böyük Britaniyanın baş naziri Keir Starmerin dəvəti ilə Ukrayna ilə bağlı iclasda iştirak etmək üçün martın 2-də Londona gedəcək.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Digər Avropa liderləri, NATO-nun baş katibi Mark Rutte, həmçinin Avropa Komissiyasının prezidentləri də dəvətlidirlər. Görüşdə Ukraynaya dəstək istiqamətində avropalı tərəfdaş və müttəfiqlərin hərəkətlərinin gələcək sıx əlaqələndirilməsi, mümkün sülh danışıqları və Avropanın təhlükəsizliyi məsələləri müzakirə olunacaq”.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin