Bu ölkədə növbədənkənar prezident seçkiləri keçirilə bilər

10:55 - 28 Fevral 2025

Bu ölkədə növbədənkənar prezident seçkiləri keçirilə bilər

Moldovada parlament seçkiləri iyulda keçirilə bilər. Ondan sonra növbədənkənar prezident seçkiləri təyin oluna bilər.

 

Manset.az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Moldovanın keçmiş prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon deyib.

"Hesab edirəm ki, indiki Moldova hökuməti ötən ilin sonunda və ya bu ilin əvvəlində növbədənkənar parlament seçkiləri keçirmədiyinə görə artıq təəssüflənir. Düşünürəm ki, seçkilər daha tez olacaq. Onlar payızda olmayacaq. Hesab edirəm ki, onlar iyulda keçiriləcək seçkilərə hazırlaşırlar. Böyük ehtimalla, Moldovada parlament seçkiləri 27 iyulda keçiriləcək".


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin