Tikilməkdə olan körpü uçdu: 4 nəfər öldü

12:37 - 26 Fevral 2025

Tikilməkdə olan körpü uçdu: 4 nəfər öldü

Cənubi Koreyanın Anseonq şəhərində tikilməkdə olan körpü üçüb. 

 

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb. Körpünün çökmə anı kamera tərəfindən təfərrüatı ilə qeydə alınıb.

Hadisədən sonra geniş axtarış-xilasetmə əməliyyatına başlanılıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu, digərinin isə yüngül xəsarət aldığı bildirilir.

Prezident səlahiyyətlərini icra edən Çoi Sanq-mok yaralıların tapılması üçün bütün mövcud şəxsi heyətin və resursların səfərbər edilməsini, eyni zamanda ərazinin təhlükəsizliyini təmin etməyə çağırıb.

 

Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin