Bu yollarda sürət həddi ENDİRİLDİ
26 Fevral 2025
11:29 - 26 Fevral 2025
Bir sıra Avropa ölkələri atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun yeritməyə hazırdır. Amma ABŞ-nin dəstəyi tələb olunacaq.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Fransanın Maliyyə Nazirliyinin rəhbəri Erik Lombard Bloomberg-ə müsahibəsində deyib.
"Ukrayna ilə bağlı texniki müzakirələrə başlamışıq. Ümumi razılıq var ki, atəşkəsə zəmanət vermək üçün Ukraynaya avropalı əsgərlər göndərilməlidir. Böyük Britaniya, Almaniya və Fransa buna hazırdır, digər Aİ ölkələri də öz töhfələrini verəcəklər. Bunu təmin etmək üçün atəşkəs əldə olunandan sonra əsgərlər gələcək".
Nazir iddia edir ki, ABŞ prezidenti Donald Tramp atəşkəs rejimini dəstəkləməyə razılaşıb, lakin Vaşinqtonun konkret hansı addımlar ata biləcəyini açıqlamayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin