21 istiqamətdə tıxac var - SİYAHI
26 Fevral 2025
09:56 - 26 Fevral 2025
İndoneziyanın Sulavesi adasının şimalında zəlzələ baş verib.
Manset.az-ın əldə etdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) yerli vaxtla saat 06:55-də adanın şimalında 10 kilometr dərinlikdə zəlzələ baş verdiyini açıqlayıb.
Baş verən təkanlar 6,1 bal gücündə qeydə alınıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələ ilə bağlı nəhəng dalğa xəbərdarlığı etməyib.
Zəlzələdən sonra verilən ilkin məlumata görə, ölən və yaralananlarla bağlı ölkə mətbuatında heç bir məlumat yayılmayıb. Bölgədə artçı təkanların davam etdiyi bildirilib.
130 aktiv vulkanı olan İndoneziya Sakit Okeanın Atəş Halqasında yerləşir və dünyanın seysmik cəhətdən ən aktiv ölkələri sırasındadır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin