"Pakistanla bir-birimizə dəstəyi davam etdirəcəyik" - Prezident
24 Fevral 2025
14:16 - 24 Fevral 2025
Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti ağırdır.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Fevralın 22-də saat 19:00-da 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, gənc şair Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin