Prezidentin adından Pakistanın Baş nazirinin şərəfinə dövlət ziyafəti verilir
24 Fevral 2025
11:28 - 24 Fevral 2025
Almaniyanın aparıcı həftəlik xəbər jurnallarından biri olan Der Spiegel, NATO-nun Almaniyadan Polşa və Çexiyaya boru xətti çəkməyi planlaşdırdığını açıqlayıb.
Manşet az-ın əldə etdiyi məlumata görə, hərbi alyansın artıq Almaniyanın qərbinə qədər uzanan boru kəməri Sovet İttifaqı ilə münaqişə vəziyyətində qırıcı təyyarələri reaktiv yanacaqla təmin etmək üçün nəzərdə tutulub.
Der Spiegel-in Almaniyanın daxili hərbi yazışmalarına əsaslanan hesabatına görə, Soyuq Müharibə dövründən qalan bu xəttin Rusiya ilə müharibə vəziyyətində uzadılması nəzərdə tutulur.
Yazışmalarda aşağıdakı ifadələrdən istifadə edildiyi bildirilir:
Fövqəladə vəziyyətdə şərq sərhədinə yerləşdirilə biləcək qüvvələr üçün dayanıqlı yanacaq təchizatı ilə bağlı ciddi problemlər var.
“Der Spiegel” yazır ki, Almaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri arasında başqa yazışmalarda NATO müttəfiqləri bu boru kəmərlərini “NATO-nun yanacaq təchizatının əsası” kimi təsvir ediblər.
Xəbərdə kəmərin Weser və Elbe kimi çayların altından keçməli olduğu və bunların baş verə biləcək qəzalardan qorunmasına ehtiyac olduğu da bildirilib.
Əsasən 2035-ci ildə başa çatdırılması nəzərdə tutulan layihənin 21 milyard dollara başa gələcəyi gözlənilir.
Almaniyanın müdafiə naziri Boris Pistorius yeni layihəyə 3,5 milyard avrodan çox töhfə verməyə hazır olduqlarını bildirib və əlavə edib: "Əsgərlərimiz üçün etibarlı yanacaq təchizatı əməliyyat hazırlığı üçün vacib maddələrdən biridir".
Adını və vəzifəsini qeyd etmədən NATO-nun yüksək rütbəli rəsmisinin fikirlərini də sitat gətirən Der Spiegel, müharibə vəziyyətində yanacağa tələbatın çox olacağı üçün bu kəmərin zəruri sayıldığına diqqət çəkdi.
1950-ci illərin sonlarında NATO tərəfindən tikilmiş Mərkəzi Avropa Boru Kəməri Sistemi; Almaniya, Fransa, Belçika və Hollandiyadan keçir. Bu sistemdən ABŞ-ın da faydalandığı məlumdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin