Azərbaycanda yüksək vəzifəli şəxsin anası vəfat etdi
24 Fevral 2025
07:40 - 24 Fevral 2025
Qış fəslində mülayim havalardan sonra temperaturun kəskin düşməsi vətəndaşların səhhətinə də təsirsiz ötüşməyib.
Bəs, soyuq havalarda özümüzü necə qorumalıyıq?
Manset.az bildirir ki, soyuq havalarda özümüzü qorumaq üçün həm yerli, həm də xarici mütəxəssislər müxtəlif tövsiyələr səsləndirirlər.
Mütəxəssislər ilk növbədə isti geyimlərə üstünlük verməyi məsləhət görürlər. Biıdirilir ki, əsasən qat-qat geyinmək üsulu bədən istiliyini saxlamağa kömək edir. Xüsusilə yun və ya termal materialdan olan paltarlar tövsiyə olunur. Mütəxəssislərin fikrincə, bədənin istilik itkisi əsasən baş, əl və ayaqlardan olur. Buna görə də, papaq, əlcək və qalın corab geyinmək vacibdir. Ayaqqabıların da suya davamlı və izolyasiyalı olması məsləhətdir.
Dermatoloqlar isə qeyd edirlər ki, soyuq havalarda dəri quruyur, buna görə də dəriyə qulluq üçün nəmləndirici kremlərdən istifadə olunmalıdır. Həmçinin, içəridə hava qurudursa, nəmləndirici cihazlar istifadə etmək faydalı ola bilər.
Xarici ekspertlər soyuq havalarda bədənin daha çox enerji sərf etdiyini qeyd edirlər. Bu səbəbdən qidalanma çox əhəmiyyətlidir. İsti içkilər içmək və kalorili qidalar qəbul etmək bədən istiliyini saxlamağa kömək edir. Lakin spirtli içkilərdən uzaq durmaq lazımdır, çünki onlar bədənin istiliyini daha tez itirməsinə səbəb ola bilər.
Qış aylarında həmçinin, susuzluq hissi daha az olur, lakin bədən hələ də mayeyə ehtiyac duyur. Xarici mütəxəssislər bədənin nəmlənməsinə diqqət yetirməyi və gündə kifayət qədər su içməyi məsləhət görürlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin