ADY təhlükəsizlik tədbirlərini həyata keçirir

11:42 - 23 Fevral 2025

ADY təhlükəsizlik tədbirlərini həyata keçirir

Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

 

ADY-dən Manset.az-a verilən məlumata görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür.

Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.

Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir.

Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.


Xəbər xətti

23 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin