Bu yolda sürət həddi ENDİRİLDİ
22 Fevral 2025
23:35 - 21 Fevral 2025
Rusiya ordusu Ukraynada yeni ərazilər ələ keçirib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamaya görə, ordu Donetskdə Nadejdinka və Novoselka kəndlərinə nəzarəti ələ keçirib. Bildirilib ki, Mərkəz hərbi qrupunun bölmələri Donetskdə Ukrayna ordusunun müdafiə xəttini keçərək, Nadejdinka kəndinə irəliləyib. Məlumata görə, Şərq hərbi qruplaşması isə Novoselka qəsəbəsini Ukrayna qüvvələrindən təmizləyərək düşmənə ciddi zərbə endirib. Qeyd edilir ki, Rusiya ordusu son əməliyyatlar zamanı Ukraynada 7 yaşayış məntəqəsini ələ keçirib.
Ukrayna ordusunun son əməliyyatlar zamanı 9235 itki verdiyi bildirilir. 58 ukraynalı əsgər silahı yerə qoyaraq təslim olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin