Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq

13:12 - 21 Fevral 2025

Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Qeyd edək ki, avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin