Paytaxtda qardan təmizlik işləri davam edir - FOTOLAR

10:35 - 21 Fevral 2025

Paytaxtda qardan təmizlik işləri davam edir - FOTOLAR

Dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.


BŞİH-dən Manset.az-a verilən məlumata görə, gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.

Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işləri həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edəcək.



Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin