Ərdoğan ona avtomobil hədiyyə etdi

18:24 - 13 Fevral 2025

Ərdoğan ona avtomobil hədiyyə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, R.T.Ərdoğan Pakistanda rəsmi səfərdədir.

Xatırladaq ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da başlanılıb. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

 


Xəbər xətti

14 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin