“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti DAYANDIRILIR
14 Fevral 2025
16:17 - 13 Fevral 2025
Britaniya respublikada hakimiyyət dəyişikliyindən sonra iqtisadiyyatın enerji, nəqliyyat və maliyyə sektorlarında Suriyaya qarşı sanksiyaları yumşaldacaq.
Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxışı zamanı bildirib.
"Mən Nümayəndələr Palatasına bildirməkdən məmnunam ki, hökumət qarşıdakı aylarda Suriya sanksiyaları rejimini uyğunlaşdırmaq üçün tədbirlər görəcək. Biz bu dəyişiklikləri Suriya xalqına ölkələrinin yenidən qurulmasında dəstək olmaq və təhlükəsizliyi və sabitliyi təşviq etmək üçün edirik. Bunlar enerji, nəqliyyat və maliyyə sektorlarına tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasını və humanitar yardımın davamlı səylərini dəstəkləmək üçün müddəaları əhatə edəcək."
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin