“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti DAYANDIRILIR
14 Fevral 2025
11:12 - 13 Fevral 2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.
Manset.az xəbər verir ki, konfederasiya sədri Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin digər sahələrlə yanaşı, həmkarlar ittifaqlarının əlaqələrinə də müsbət təsir göstərəcəyini qeyd edib.
Görüşdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, Konfederasiya tərəfindən reallaşdırılan və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.
Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. Somalili qonaq keçirilən görüşlərin, aparılan təcrübə mübadilələrinin gələcək fəaliyyətləri üçün faydalı olacağını diqqətə çatdırıb.
Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə edilib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Somali Həmkarlar İttifaqları Konqresi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd işçilərin rifahı, əmək hüquqlarının qorunması və sosial ədalətin təmin edilməsi istiqamətində əlaqələrin inkişafını, qarşılıqlı təcrübə mübadiləsini, əmək və sosial sahədə birgə təşəbbüslərin reallaşmasını və s. məsələləri özündə ehtiva edir.
Sonra Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, ittifaq üzvləri yollayışı asan prosedurlarla və mərkəzləşdirilmiş qaydada “Kurort” Turizm İnformasiya Mərkəzindən əldə edirlər. Bu isə əlçatanlıq, şəffaflıq və növbəlik prinsipinə əsaslanmaqla həyata keçirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin