"Ottava və Vaşinqton "dost qala bilərlər"" - Melani Coli

12:35 - 31 Yanvar 2025

Ottava və Vaşinqton “dost qala bilərlər”, lakin Kanadanın ABŞ-yə qoşulmasından müzakirə gedə bilməz.

 

Manset.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində bildirib.

"Qətiyyən yox" deyə o, ABŞ-yə səfəri zamanı Kanadanın Birləşmiş Ştatlara qoşulması mövzusunun müzakirə olunub-olunmaması sualına cavab verərək vurğulayıb.

Coli əlavə edib ki, ABŞ və Kanada "həqiqətən yaxşı dost ola bilərlər", lakin Ottava ölkənin ABŞ-yə qoşulması ideyasını qəbul edə bilməz.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin